İdman 00:53 07.10.2022

"Qarabağ"dan Yunanıstanda möhtəşəm qələbə

Azərbaycan çempionu "Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Avropa Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin III turunun matçına çıxıb.

Ağdam klubu səfərdə Yunanıstan "Olimpiakos”u ilə qarşılaşıb. Pireydəki görüşün ilk yarısı qarşılıqlı hücumlarla keçsə də, hesab açılmayıb. Düzdür, Abdullah Zubir matçın əvvəlində rəqib qapısına yol tapmağı bacarıb. Amma VAR-ın ofsayd qərarı ilə qol hesaba alınmayıb.

Qarşılaşmanın taleyi ikinci 45 dəqiqədə həll olunub. Hissənin ortalarında Ovusu Kvabena meydan sahiblərinin qapısına yol tapıb – 1:0. Görüşün sonlarında isə Marko Veşoviç fərqi artırıb. Ramil Şeydayevin qolu isə 3:0 hesablı darmadağını rəsmiləşdirib. "Qarabağ” ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb.

Qeyd edək ki, qrupun digər matçında "Frayburq” "Nant”ı qəbul edib. Almaniya klubu ardıcıl üçüncü qələbəsini qazanıb – 2:0.

Avropa Liqası
Qrup mərhələsi
III tur

6 oktyabr
Olimpiakos (Yunanıstan) - Qarabağ (Azərbaycan) 0:3
Qollar: Kvabena Ovusu, 68. Marko Veşoviç, 82. Ramil Şeydayev, 86.
Olimpiakos: 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges.
Ehtiyar oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi.
Baş məşqçi: Miçel Qonsales.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina).
Pirey, "Georgios Karaiskakis".

Xal durumu: "Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0.