Xəbər lenti

Fransa millisinin sabiq üzvü "Qarabağ"ın yolunda: Keçid an məsələsidir
İdman15:37 26.03.2026

Fransa millisinin sabiq üzvü "Qarabağ"ın yolunda: Keçid an məsələsidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiprin "Omoniya" klubunun şərəfini qoruyan Jali Mouaddib "Qarabağ"la transfer danışıqlarında son mərhələyə qədəm qoyub.
Oxu.Az xəbər verir ki, 25 yaşlı istedadlı sol vingerin Azərbaycan klubunun sıralarına qoşulması artıq an məsələsidir.
Mərakeşəsilli fransalı futbolçunun transferində Kiprin böyük klubları da maraqlıdırlar.
Jali Mouaddibin "Omoniya" ilə hazırkı müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulduğundan, futbolçu iyun ayında "Qarabağ"ın düşərgəsinə azad agent statusunda qoşula biləcək.
Xatırladaq ki, peşəkar karyerasında diqqətçəkən məqamlara sahib olan vinger, 2019-cu ildə Fransanın 19 yaşlılardan ibarət milli komandasının formasını da geyinib.