Xəbər lenti

Azərbaycan-Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyası yaradılacaq (YENİLƏNİB)
Foto 10:57 28.03.2026

Azərbaycan-Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyası yaradılacaq (YENİLƏNİB)

"Stratcom Summit 26" çərçivəsində Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

Agentlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Vurğulanıb ki, qlobal informasiya məkanında baş verən transformasiyalar, eləcə də saxta və manipulyativ məzmunların artan təsiri dövlət qurumları arasında daha sıx koordinasiya və sistemli əməkdaşlığı zəruri edir.

Görüşün sonunda "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyasının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu" imzalanıb.

Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.    
 
 09:34
 
İstanbulda Türkiyə ilə Azərbaycan arasında media və kommunikasiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi müzakirə edilib.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X"dəki hesabında yazıb.

"Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – "Stratcom Summit 26" çərçivəsində Azərbaycanın Media İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılovla bir araya gəlməkdən məmnun oldum.

Görüşümüz zamanı Türkiyə ilə qardaş ölkə Can Azərbaycan arasında media və kommunikasiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin hazırlanması və strateji kommunikasiya sahəsində koordinasiyanın artırılması məsələlərini müzakirə etdik.

Prezidentimizin rəhbərliyi altında davam edən güclü Türkiyə-Azərbaycan münasibətlərinin kommunikasiya sahəsində də institusional və davamlı təmələ çevrilməsinə böyük əhəmiyyət veririk.

"Bir millət, iki dövlət" prinsipi ilə əməkdaşlığımızı daha da gücləndirərək birgə səylərimizi qətiyyətlə davam etdirəcəyik", - B.Duran qeyd edib.

--> -->