İdman 10:15 31.07.2021

Olimpiya mükafatçısı dopinqə görə yarışdan kənarlaşdırıldı

Nigeriyalı Blessinq Okaqbare anti-dopinq qaydalarını pozmaqda şübhəli bilinərək Tokio Olimpiadasında yarışlardan uzaqlaşdırılıb. 

Qaynarinfo bildirir ki, bu barədə TASS agentliyi müstəqil atletika təşkilatı olan Athletics Integrity Unit-ə (AIU) istinadən xəbər verib.

Bir gün əvvəl idmançı 100 metr məsafədə ilkin yarışda qalib gələrək yarımfinala yüksəlib. Eyni zamanda, 19 iyulda Okaqbaredən alınan dopinq nümunəsində böyümə hormonu tapılıb.

Nigeriyalı başqa bir idman növü - uzunluğa tullanma üzrə Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, həmçinin 2013 -cü ildə Moskvada keçirilən Dünya Çempionatında uzunluğa tullanma və 200 metr qaçış üzrə iki gümüş medal qazanıb.
 
Alpər