Olimpiya Oyunları 3-cü dəfə İtaliyada

Olimpiya Oyunları 3-cü dəfə İtaliyada

2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən toplantısında keçirilən səsvermədə yarışa İtaliyanın ev sahibliyi edəcəyi müəyyənləşib.

Milan-Kortina 47, İsveçin paytaxtı Stokholm isə 34 səs toplayıb.

Qeyd edək ki, İtaliya daha öncə 1956 və 2006-cı illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.


XƏBƏRLƏR
BLOGLAR