Xəbər lenti

Olimpiyadada iştirak edəcək idmançılarımız
İdman 18:23 03.07.2014

Olimpiyadada iştirak edəcək idmançılarımız

Yeniyetmələrin 2014-cü il Nanjinq Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarının tam siyahısı müəyyənləşib. 

Bu barədə Sportnet.az-a olimpiadada ölkəmizin şef de-missionu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib. 

Onun sözlərinə görə, avqustun 16-da start götürəcək Oyunlarda 7 növ üzrə 19 idmançı mübarizə aparacaq. Ən çox təmsilçimiz – güləş növündə (sərbəst, yunan-Roma və qadın güləşi ndə üst-üstə 5 idmançı) olacaq.  Nanjinqə 4 taekvondoçu, 3 boksçu, 3 atlet, 2 cüdoçu, 1 akademik avarçəkən və 1 üzgüçü gedəcək. Nümayəndə heyətimiz səfərə avqustun 15-də çıxacaq. 

Nanjinq olimpiadasına yollanacaq idmançılarımızın siyahısı:

Teymur Məmmədov (sərbəst güləş – 63 kq)

İqbal Hacızadə (sərbəst güləş, 100 kq)

Leyla Qurbanova (qadın güləşi, 52 kq)

Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq)

İslambek Dadov (yunan-Roma güləşi, 69 kq)

Boris Yotov (akademik avarçəkmə, 1 nəfərlik qayıq)

Natiq Qurbanlı (cüdo, 55 kq)

Leyla Əliyeva (cüdo, 44 kq)

Səid Quliyev (taekvondo, 73 kq)

Gülhanım Yeşildağ (taekvondo, 55 kq)

Ceren Özbek (taekvondo, 44 kq)

Safiye Polat (taekvondo, 49 kq)

Məhəmmədəli Tahirov (boks, +91 kq)

Rüfət Hüseynov (boks, 49 kq)

Məsud Yusifzadə (boks, 52 kq)

Elvira Həsənova (üzgüçülük, sərbəst üsulla)

Nazim Babayev (atletika, 3 təkanla tullanma)

Benafeta Hadiyes (qaçış, 3000 metr)

Yelena Qladkova (atletika, şüvüllə tullanma)

Qeyd edək ki, 2010-cu ildə Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı 6 növ – güləş, boks, ağırlıqqaldırma, cüdo, taekvondo və kanoe növlərində üst-üstə 12 idmançı təmsil edib. Onlardan 5-i qızıl, 3-ü gümüş medal qazanıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->