Məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramının qonağı bu dəfə Əməkdar artist Gülüstan Əliyeva olub.
Qaynarinfo xəbər verir ki, müğənni stilistin suallarını cavablandırıb. O, illər əvvəl oğlunu döyməsindən danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Kənddə qayınatamgillə gedirdik soğan alağına. Oğlum Rüfətin 1 yaşı olardı. Arxamca ağlayırdı. Evdə 7-8 adam var idi. Kişi demirdi ki, qayıt, uşağın balacadır. Uşaq arxamca elə ağlayır ki... Qayıtdım onu necə döydümsə, əlimdə qaldı (ağlayır). Özümü ona görə hələ də bağışlaya bilmirəm. Getdim soğan alağına. Döydüyüm üçün də pisəm. Sarı tikanlar var idi. Hirsimdən ayaqlarımı soyundum girdim tikanın içinə. Dedim, uşağımı döydüm, Allah da məni cəzalandırsın. Heyfimi özümdən belə çıxdım".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər