Xəbər lenti

Sağlamlıq 10:25 03.12.2018

On xəstədən səkkizində xərçəng aşkarlanır (AÇIQLAMA)

Rayon yeri olmasına baxmayaraq, müraciət edilən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkarlanır.

Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.az-a Şəki rayon Mərkəzi Xəstəxanasının Patositomarfologiya Laboratoriyasının həkim patomorfoloqu İntiqam Əmrahov məlumat verib.

O bildirib ki, Şəki və ətraf rayonlarda onkoloji xəstəliklərin təyin edilməsi üçün laboratoriya var:

"Xəstəxanada onkoloji xəstəliklərin hüceyrə (sitoloji) və toxuma (histaloji) səviyyəsində yoxlanılması üçün hər cür şərait yaradılıb. Regionda bu istiqamətdə yeganə laboratoriyadır. Əməliyyat zamanı orqanlarda aşkarlanan onkoloji, qeyri-onkoloji problemlərin dəqiqləşdirilməsi aparılır. 

Son bir neçə ildə regionda ən çox süd vəzi xərçəngi geniş yayılıb. Bundan başqa, kişilərdə prostat və bağırsaq xərçənginə, qadınlarda ginekoloji problemlərə daha çox rast gəlinir. Hətta qadınlarda müraciət edən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkar edirik. Azyaşlı uşaqlarda isə əksər hallarda xoşxassəli hemogemalara rast gəlinir.

Müraciət edən xəstələr arasında Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Mingəçevir bölgələrində yaşayan sakinlər olur. Rayon yeri olmasına baxmayaraq, xərçəng xəstəliyinin son vaxtlarda artmasının səbəbi ekoloji faktor, durğun həyat tərzi, qidalanma, həkim konsultasiyalarına laqeyd yanaşmadır”.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?