Bu gün DÇ-2014-ün seçmə mərhələsinin son oyunları keçiriləcək.
Qaynar.info-nun qol.az-a istinadən verdiyi məlumata görə, baş tutan qarşılaşmalarla Braziliyaya gedəcək, və pley-offda oynayacaq yığmaların adı məlum olacaq.
Turnir cədvəlinə baxdıqda isə bəzi ulduz futbolçuların Dünya çempionatında iştirak etməyə biləcəyini görə bilərik.
Belə ki, hazırda pley-offda oynamaq şansı qazanan və ya yaxın olan millilər Xorvatiya, Portuqaliya, İsveç, Yunanıstan, Ukrayna, Türkiyə, Franda və Bolqarıstandır.
Bu yığmalardan Portuqaliyanın pley-offda Fransa ilə qarşılacağı gözlənilir. Bu isə o deməkdir ki, Ronaldo və Riberi kimi ulduzlarından yalnız biri Braziliya gedəcək.
Türkiyədə Arda Turan, İsveçdən Zlatan İbrahimoviç, Xorvaxtiyadan isə Luka Modriç də dünya çempionatında forma geyməyə bilər.
Cənubi Amerikadan isə Uruqvay son oyununda uduzarsa, Suarez və Muslera kimi oyunçular çempionatı yalnız izləməklə kifayətlənəcəklər.
Qaynar.info
Şərhlər