Xəbər lenti

Onların seçki bildirişi fərqli olacaq
Siyasət 16:53 23.12.2023

Onların seçki bildirişi fərqli olacaq

"Səsvermənin yeri və vaxtı barədə seçicilər məlumatlandırılacaq”. 

"Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

Bu bildirişlər səsverməyə 40 gün qalana qədər seçicilərə paylanılacaq: 

"6 milyon 524 min 203 ədəd bildiriş müəyyən edilmiş mətbəə üsulu ilə hazırlanacaq.  Azad edilmiş ərazilərdə səs verəcək vətəndaşlara çatdırılacaq bildirişlərə təbriklə bağlı bənd də əlavə ediləcək. Çünki həmin ərazilərdə səs vermək Allahın lütfüdür”.

Onun sözlərinə görə, bildirişlər resbublika üzrə seçicilərin sayının 3 %-i qədər çap olunmalıdır. Sənəddə özünün və səs verəcəyi məntəqənin ünvanı da öz əksini tapacaq.

MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, növbədənkənar prezident seçkilərində azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə təbriklə əlaqəli əlavə bəndin salınması qanunvericiliyin tələbinə uyğundur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->