Sinqapurda "Zoom" video konfrans tətbiqindən istifadə ilə dərs keçirilməsi qadağan edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 39 ibtidai sinif şagirdinin qatıldığı coğrafiya dərsinin hak edilməsi olub. Bundan sonra ekranda xoşagəlməz görüntülər görünməyə başlayıb və ardınca da naməlum iki haker uşaqlardan paltarlarını soyunmalarını istəyib.
Hadisənin üstü uşaqlardan birinin bunu anasına deməsi və onun da yerli mətbuata danışmasından sonra açılıb. Məsələ ilə bağlı istintaq başladılıb. Təhsil Nazirliyi istintaq bitənə qədər tətbiqdən istifadə edilməsinə qadağa qoyub.
"Zoom"un sözçüsü isə BBC-yə açıqlamasında bu hadisədən dərin təəssüf hissi keçirdiklərini deyib. Bildirib ki, yaxın müddətdə proqram üzərində dəyişiklik edilib. Buna görə, konfransı təşkil edən şəxsin iştirakçıları təsdiqləyə bilməsi üçün tənzimləmələrə gözlətmə kabineti xüsusiyyəti əlavə edilib.
Bildirilir ki, oxşar hadisə daha əvvəl ABŞ-ın Yuta və Pensilvaniya ştatlarında da yaşanıb. Ötən həftə Yutada 50-yə qədər şagirdin qatıldığı dərs zamanı ekranda açıq-saçıq görüntülər peyda olub. Daha əvvəl isə Respublikaçı Partiyanın ştat konfransında pornoqrafik məzmunlu video izlədilib. Bənər hadisələr Pensilvaniyada da olub.
Qeyd edək ki, gün ərzində tətbiqdən 200 milyona yaxın insan istifadə edir. Bu rəqəm ötən ilə qədər 10 milyon idi. Lakin mart ayından bəri istifadəçi sayı 20 dəfə-dən çox artıb.
Camal
Şərhlər