Xəbər lenti

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
Ekonomiks 21:12 12.08.2020

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

OPEC 2020-ci il üçün Azərbaycanda gündəlik ortalama neft hasilatı üzrə proqnozunu azaldıb.

Trend-in OPEC-in aylıq hesabatına istinadən məlumatına görə, OPEC bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,07 milyon/barel azalaraq 0,72 milyon barel/sutka olacağını proqnozlaşdırır.

Yeni proqnoza əsasən, 2021-ci ildə də Azərbaycanın gündəlik ortalama neft hasilatı 0,72 milyon barel/sutka səviyyəsində qalacaq.

May və iyun aylarında Azərbaycanda xam karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə müvafiq olaraq 0,11 milyon və 0,02 milyon barel/sutka azalıb. İyun ayında hasilatın azalması 0,68 milyon barell/sutkaya bərabər olub.

May ayında xam neft hasilatı 111 min barel/sutka azalaraq 0,57 milyo barel, iyun ayında 20 min barel/sutka azalaraq 0,55 milyon barel təşkil edib. İyul ayında isə xam neft hasilatı ötən ayla müqayisədə dəyişməz qalaraq 0,55 milyon barelə bərabər olub.

Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->