Xəbər lenti

OPEC neft hasilatını azaldıb
Ekonomiks 22:23 10.10.2019

OPEC neft hasilatını azaldıb

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu ilin sentyabr ayında gündəlik hasilatın həcmini 1,318 milyon barel azaldaraq 28,5 milyon barelə endirib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında bildirilib.

Məlumata görə, azalma, əsasən, neft infrastrukturunun hücumlara məruz qalmış Səudiyyə Ərəbistanının gündəlik hasilatı 1,28 milyon barel azaldaraq 8,564 milyon barelə endirməsi ilə bağlıdır. Krallıq özü isə ötən ay hasilatı 600 min barel azaldaraq 9,129 milyon barelə endirdiyini bəyan edib.

Xatırladaq ki, avqustda Səudiyyə Ərəbistanında gündəlik hasilatın həcminin 118 min barel azaldılaraq 9,805 milyon barelə endirildiyi bildirilirdi.

Sentyabrda hasilatın həcmini İraq da 60 min barel azaldaraq öhdəlik götürdüyü 4,5 milyon barel əvəzinə, 4,7 milyon barel səviyyəsinə endirib. Nigeriyada isə hasilatın həcmi 16 min barel azaldılaraq 1,69 milyon barel əvəzinə, 1,86 milyon barelə endirilib. Bu iki ölkə OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası zamanı oktyabr ayında hasilatı azaltmaq öhdəliklərini 100 faiz yerinə yetirəcəklərini bildirmişdilər.

Hasilatı azaltmaqla bağlı razılaşmanın iştirakçısı olmayan Liviyada isə hasilat 104 min barel artırılıb. Venesuelada hasilat xarici mənbələrə görə, 82 min barel, rəsmi məlumata görə isə, 184 min barel azalıb. İranda isə sentyabrda hasilat 34 min barel azalıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->