Bu gün Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov deputatlara qəzəblənib.
O, büdcənin icrasının ikinci oxunuşda səsverməsində iştirak etməyən deputatlara irad tutub.
"Hadi müəllim, sizə də aiddir. Necə olur ki, iclasda, zalda 100 nəfər var, amma 78 nəfər səs verir?! Xahiş edirəm, səsverməyə düzgün əməl edin və səs verin”, - deyə spiker sözlərinə əlavə edib. (oxu.az)
Şərhlər