Efiopiyanın cənubunda təhlükəsizlik ordu tərəfindən təmin ediləcək.
Qaynarinfo xəbər verir ki, federal qüvvələrin rəhbərlik etdiyi komandirlik ötən həftə baş verən qarşıdurmalardan sonra əraziyə nəzarət edəcək.
Qeyd edək ki, ötən həftə Sidama etnik qrupunun fəalları tərəfindən təşkil edilən nümayişlərdə 20-yə yaxın insan ölüb. Etirazçılar qısa müddət ərzində referendumun keçirilməsini və yaşadıqları bölgəyə muxtariyyət verilməsini tələb edir.
Gülşən
Şərhlər