Azərbaycan Respublikası Silahlı Qüvvələrində minə yaxın qadın hərbiçi qulluq edir.
Bu barədə Müdafiə Nazirliyindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib. Nazirliyin rəsmi açıqlamasında qeyd edilir ki, Azərbaycanda Qadınların hərbi xidmət keçməsi «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə ilə tənzimlənir və könüllü surətdə həyata keçirilir.
“Qadınlar Azərbaycan Respublikası Silahlı Qüvvələrində ordumuzun yarandığı tarixdən günümüzə qədər xidmət edirlər. Hazırda Müdafiə Nazirliyinin tabeliyındə olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi xidmətdədir”.
Müdafiə Nazirliyindən “Qadın hərbiçilərin aldıqları ən yüksək rütbə hansıdır?” sualına isə cavab olaraq bildirilib ki, hazırda Silahlı Qüvvələrdə “baş leytenant”, “kapitan”, “mayor”, “polkovnik-leytenant” və “polkovnik” hərbi rütbəsi daşıyan qadın hərbi qulluqçular xidmət edir. Onlar isə daha çox tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçirlər.
Qaynar.info
Şərhlər