Xəbər lenti

Ordumuzun ən uğurlu əməliyyatı: Horadiz döyüşlərindən 25 il ötür (VİDEO)
Video 12:10 05.01.2019

Ordumuzun ən uğurlu əməliyyatı: Horadiz döyüşlərindən 25 il ötür (VİDEO)

Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 25 ili tamam olur. 

Qaynarinfo xəbər verir ki, bu əməliyyat 1993-ci ilin dekabrından başlamış və yanvarın 6-dək davam edən, Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsi üzrə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, Qarabağ müharibəsində olan döyüşlərin biridir.

Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçib. Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində, bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. Horadiz yaxınılığında Şükürbəyli uğrunda həlak olumuş kəşfiyyat bölməsinin 702-ci alayın kapitanı Elxan Zülfüqarov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

6 yanvarda (digər mənbələrə görə - 8 yanvar) 702-ci alay düşmənin müqavimətini qırıb, döyüşüb Horadizə daxil olub, qəsəbəni, Horadiz Dəmiryol Stansiyasını və Araz çayı üzrə vacib strateji hədəf olan Xudafərin körpülərini (qısa olsa da) ələ keçirib. Əməliyyata Şair Ramaldanov rəhbərlik edib. Horadiz - qərbdə Cəbrayıl, Qubadlı, Zəngilan rayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsi idi. Beləliklə Azərbaycan Araz çayı üzərində Horadiz dəmiryolunu və şimal istiqamətində Füzuliyə irəlləyib.

Azərbaycanın hücumunda, 1993-cü ilin payızında gələn Əfqan mücahidləri də iştirak edib. Bəzi məlumatlara görə, mücahidlərin hazırlığı müntəzəm Azərbaycan ordusundan yuxarı idi və onlar əsas rolu Horadizin Azərbaycan ordusuna ələ keçməsində oynayıblar.

1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz şəhərinə sancıb. Həmin döyüşlərdə tankçı olan Şakir Bayramov döyüşə-döyüşə şəhərə ilk daxil olanlardandır və ermənilərin bayrağını sökərək ayaqlar altına atıb: "Horadiz şəhəri alınanda biz döyüşə-döyüşə gəlirdik. Bizim sovetliyin qarşısında heykəl vardı, Leninin heykəli... Erməni bayrağını ora sancmışdı. O bayrağı mən ordan çıxartdım, "pasyolka"da çəkiliş vardı, apardım onların qarşılarına tulladım. Amma bu tərəfdə erməni bayrağını "qara polkovnik" vardı, o çıxartmışdı, bizim bayrağı sancmışdı".
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->