Xəbər lenti

Oruc tutanlar üçün vacib qida məsləhətləri (SİYAHI)
Sağlamlıq 16:27 18.05.2018

Oruc tutanlar üçün vacib qida məsləhətləri (SİYAHI)

Ramazan ayında oruc tutmaq ruhumuz və bədənimiz üçün bir təmizlənmədir. 

Bu təmizlənmə dönəminin bədənimiz üçün sağlam bir şəkildə həyata keçməsi üçün, Ramazan ayında da hər zamankindan daha yetərli və keyfiyyətli qidalanmalıyıq. Ramazanda qidalanmada dəyişikliklə bağlı olaraq sağlam insanlarda belə qəbzlik, mədə yanması, yuxululuq, unutqanlıq, diqqətsizlik, baş ağrısı, qan şəkərinin düşməsi, çəki artışı kimi şikayətlər meydana gələ bilər. Buna görə də orqanizmdə baş verən dəyişiklikləri göz önünə alaraq bu şikayətləri minimuma endirəcək şəkildə qidalanma planımızın olması zəruridir.

Qaynarinfo xəbər verir ki, iftara qədər özünüzü yaxşı hiss etməniz üçün 17 saatlıq aclığı nəzərə alaraq sahurda sizi uzun müddət tox tutacaq qidalar seçməniz önəmlidir. 

Yumurta – ana südündən sonra ən gözəl protein qaynağı olan yumurta imsakda olmazsa-olmazdır. Mükəmməl vitamin, mineral dəyəri ilə bizi tox tutan qidalar siyahısında olan yumurta sahurda əvəzolunmaz seçimdir.

Qatıq – Ramazan ayında bağırsaq problemləri yaşayanların sayı artır. Yeməkdən sonra bir kasa qatıq lazımi bakteriyaların qorunmasına kömək edər, həm də uzun müddət tox qalmağınızı təmin edər.

Çovdar çörəyi – Uzun müddət tox qalmağınızı təmin edər. Bağırsaqlarınıza faydalı olar, qan şəkərinizi tənzimləyər.

Qoz – Omega-3 yağ turşuları ilə zəngin olan qoz sahurda edə biləcəyiniz ən yaxşı seçimdir. Belə ki, qoz uzun müddət tox tutar, ürək-damar sisteminizi qoruyar və liflərlə zəngin olduğundan həzmə kömək edər. 

Alça – az kalorili olub, çox gözəl vitamin (A, C, E, K, B) deposu olan alça sahurda ən gözəl meyvə seçimlərindəndir. Eyni zamanda yarana biləcək qəbzlik probleminin də qarşısını alır.

Yulaf – uzun müddət tox tutar, enerji verər. 

Su - qəbulu ən vacib sayılan qidadır. Belə ki, gündə orta hesabla 1.5-2.0 litr su içməyə çalışmaq lazımdır. Çünki gün ərzində içilməyən suyu iftardan sonra da içməsəniz halsızlıq, yuxululuq, həzm problemləri, mədə ağrıları yarana bilər. Həmçinin qan təzyiqinin aşağı düşməsinə gətirib çıxara bilər. Maye itkisi həm də iş qabiliyyətinin də aşağı düşməsinə səbəb ola bilər.
 
Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->