Xəbər lenti

Orxan Fikrətoğlu sədrlik uğrunda mübarizəyə qoşulur?
Ölkə 13:40 13.04.2026

Orxan Fikrətoğlu sədrlik uğrunda mübarizəyə qoşulur?

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri vəzifəsi uğurunda mübarizə başlayıb. Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev səsvermə hüququ olmasa da, qurultayda dəstək verəcəyi namizədin adını açıqlayıb. O bildirib ki, AKİ-nin yeni sədri Şəfiqə Məmmədova olmalıdır:

"Şəfiqə Məmmədovadan başqa orada nüfuzlu adam yoxdur. O, qurumda qalan yeganə nüfuzlu adamdır".

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə Rasim Balayevin sağlığında Qaynarinfo-ya verdiyi açıqlamasında qurultayda Əməkdar incəsənət xadimi Elxan Cəfərovun namizədliyini dəstəkləyəcəyini bildirmişdi.

Qaynarinfo-ya daxil olan məlumata görə, AKİ rəhbəri kreslosu uğrunda mübarizəyə daha bir nəfər qoşulub. Məlumata görə, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu ittifaqa sədr gəlmək istəyir. 

Məlumatlı şəxsin sözlərinə görə, Orxan Fikrətoğlu Kino Agentliyinin baş direktoru vəzifəsini icra edərkən Yazıçılar İttifaqı ilə Kinematoqrafçılar İttifaqının birləşdirilməsini və hər iki qurumu Mədəniyyət Nazirliyinə tabe edilməsini təklif edib.

Məsələ ilə bağlı Orxan Fikrətoğlu ilə əlaqə saxladıq. Nazir müşaviri açıqlamasında məsələdən məlumatsız olduğunu bildirdi. Orxan Fikrətoğlu belə bir istəyinin olmadığını da vurğuladı.

Bahar Rüstəmli
--> -->