Orxan Zeynalovu azərbaycanlı biznesmenlər təhvil verib? - İDDİA
Eqor Şerbakovun ölümündə təqsirləndirilən azərbaycanlı Orxan Zeynalovu Rusiya hüsus-mühafizə orqanlarına Azərbaycan diasporası təhvil verib.
Qaynar.info xəbər verir ki, belə bir iddia ilə "Kommersant" qəzeti çıxış edib.
Qəzetin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Azərbaycan diasporunun nüfuzlu şəxlərini onların biznesinə mane yaradacaqları ilə hədələyərək Orxanın təhvil verilməsini tələb ediblər.
Diaspor nümayəndələri də bu məsələdə onlara yardım edəcək azərbaycanlılara mükafat vəd edib.
Rus hüquq-mühafizə orqanlarına Orxan Zeynalovun Ryazan şəhərindəki qohumlarıgildə qaldığı, oradan da Kolomnaya gedəcəkləri xəbər verilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər