Xəbər lenti

Dünya 18:16 15.10.2017

Oscar komitəsindən cinsi zorakılıqda ittiham edilən prodüserə zərbə

Hollivud prodüseri Harvey Vaynsteynin Oscar akademiyası üzvlüyü ləğv edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, addımın səbəbi Vaynsteynin cinsi zorakılıqda ittiham edilməsi və məsələ ilə bağlı davam edən məhkəmə prosesidir. 

Məşhur prodüser 1990-cı illərdən bu günə qədər 8 qadına qarşı cinsi zorakılıq tətbiq etməkdə ittiham edilir. Qurbanların əsasən film sektorunda təzə addım atan gənc qadınlar olduğu iddialar arasındadır. Deyilənə görə, bu qadınlar sırasında Rouz Makqovan və Eşli Cad kimi məşhur aktrisalar da var. 

Qeyd edək ki, Harvey Vaynsteyn "Malena", "Kill Bill", "Gangs of New York" kimi bir çox filmlərin prodüseri olub.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?