Xəbər lenti

Oğuzda iki avtomobil toqquşub, 7 nəfər yaralanıb (FOTO)
Ölkə 15:00 11.08.2019

Oğuzda iki avtomobil toqquşub, 7 nəfər yaralanıb (FOTO)

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər yaralanıb. 

Xəsarət alanlar Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->