Türkiyə, Rumıniya, Rusiya və Ukrayna məşhurları Azərbaycana gəlir.
"Qaynarinfo" xəbər verir ki, onlar Bakının ən məşhur klublarından olan "Electra Hall"da çıxış edəcəklər.
Konsert sentyabrın 23-də baş tutacaq. Gecədə türkiyəli məşhurlar Ece Seçkin və Ozan Doğulu, ruminıyalı pop ulduz Seeya, Ukrayna və Rusiya şou biznesinin tanınmış simaları da öz mahnılarını səsləndirəcək.
Eyni zamanda azərbaycanlı DJ-lər də konsert proqramında çıxış edəcəklər.
Şounun aparıcısı isə tanınmış teleaparıcı İlkin Həsəni olacaq.
Qaynarinfo.Az
Şərhlər