Pakistanın Buner dairəsində mərmər mədəninin uçması nəticəsində 8 fəhlə ölüb, 9-u yaralanıb.
APA-nın "Samaa” telekanalına istinadən verdiyi məlumata görə, uçqun baş verən mədən xeyli müddətdir, fəaliyyətini dayandırıb. Bədbəxt hadisə digər mədənlərdə işləyən fəhlələr bu mədənin ətrafında nahar edən zaman baş verib.
Uçqunun səbəbi hələlik məlum deyil.
Şərhlər