Xəbər lenti

Pakistanda son 14 ildə PUA-larla 2 min 714 insan öldürülüb
Dünya 19:36 11.11.2018

Pakistanda son 14 ildə PUA-larla 2 min 714 insan öldürülüb

ABŞ-ın Pakistanda PUA-larla apardığı əməliyyatlar nəticəsində 2004-cü ilin yanvarından bu vaxta qədər 2714 insan həyatını itirib, 728 nəfər isə yaralanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın Terrorla Mübarizə İdarəsinin hazırladığı hesabatda qeyd olunub.

Hesabata görə, ən çox PUA əməliyyatı 2008-2012-ci illərdə gerçəkləşdirilib. Bu illər ərzində aparılan 336 hücumda 2282 nəfər ölüb, 658 insan isə yaralanıb.

Bu hücumlar zamanı Taliban liderləri də öldürülüb. Belə ki, 2016-cı ildə Taliban lideri Molla Əxtar Mansur öldürüldükdən sonra, digər Taliban liderləri də PUA-ların hədəfinə alınıb.

Mansur öldürüldükdən sonra Pakistanın Quru Qoşunlarının komandanı Rahil Şərif mətbuata açıqlamasında bildirmişdi ki, ABŞ-ın Pakistanda apardığı PUA əməliyyatları ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır və buna dərhal son qoyulmalımalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->