Ada dəniz səviyyəsindən 6-12 metr hündürlükdədirPakistanda 7,5 bal gücündə zəlzələdən sonra ada meydana gəlib. ANS PRESS-in verdiyi xəbərə görə, çox da böyük olmayan bu ada Pakistanın Belucistan əyalətinin cənub-qərbində yaranıb.
Belucistan hakim dairəsinin məlumatına görə, ada dəniz səviyyəsindən 6 metrdən 12 metr hündürlüyə kimi qalxır. Adanın eni isə 30 metrə yaxındır.
Belucistan Pakistanın ərazisinə görə ən böyük əyalətidir. Əhalisinin sayı isə 8 milyona yaxındır.
Qaynar.info
Şərhlər