Foto 18:20 22.05.2020

Pakistanın məşhur modeli də təyyarə qəzasında həyatını itirdi

Bu gün qəzaya uğrayan Pakistan Beynəlxalq Hava Yollarına aid sərnişin təyyarəsində həyatını itirənlərin siyahısı ortaya çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında Pakistanın məşhur modeli Zara Abidin də adı olub. Siyahını Karaçi bələdiyyəsi açıqlayıb. 107 nəfərin olduğu təyyarədə sağ qalan olmayıb.

Qeyd edək ki, Lahor-Karaçi istiqamətində uçan Airbus A-320 model sərnişin təyyarəsi Karaçi Hava limanı yaxınlığında yaşayış yerinə düşüb.
 
Camal