Səudiyyə Ərəbistanı ilə Pakistan arasında neft-kimya, enerji və mədənçilik sahələrində 20 milyard dollarlıq investisiya sazişi imzalanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanda 2 günlük rəsmi səfərdə olan Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman və Pakistanın baş naziri İmran Xanın iştirakı ilə imza mərasimi təşkil olunub. Vəliəhd şahzadə 2017-ci ildən bəri ilk rəsmi səfərini Pakistana etdiyini və yatırılacaq sərmayənin hər iki ölkə üçündə əhəmiyyətli olacağını bildirib. Turizm sahəsində də iki ölkə arasında investisiya yatıımlarının olacağını deyən Məhəmməd ibn Salman 2030-cu ildə qarşılıqlı turist sayını 50 milyona çatdırmaq istədiklərini söyləyib.
Xan isə turzim və neft-kimya sahəsində daha çox əməkdaşlığa açıq olduqlarını vurğulayıb və pakistanlı hacıların səfər və viza şərtlərinin sadələşdirilməsini, eyni zamanda Səudiyyə həbsxanalarında cəza çəkən 3 mindən çox Pakistan vətəndaşının sərbəst buraxılmasını tələb edib.
Şərhlər