"Palmali Dənizçilik Şirkəti”nə məxsus "Ağsu” yük tankeri Danimarkanın Kalundborg limanında saxlanılıb.
"Report”un "Deniz Haber Ajansı”na istinadən məlumatına görə, buna səbəb "PAL SHIPPING TRADER THREE” şirkətinin mülkiyyətində olan gəmidə çatışmazlıqların ortaya çıxmasıdır.
Məlumatda gəminin İsveçin Göteborg limanından hərəkət etdiyi və yanvarın 11-də Danimarkanın Kalundborg limanına yan aldığı, danimarkalı müffətişlər tərəfindən Paris Memorandumu (Paris MoU) çərçivəsində yoxlamalar başlandığı və nəzarət altına verildiyi qeyd olunub. Nəticədə "Ağsu” tankerinin səfərə çıxmasına qadağa qoyulduğu və həbs qoyulması barəsində sənəd tərtib edildiyi vurğulanıb.
Xəbərdə həmçinin texniki çatışmazlıqları aradan qaldırmadığına görə artıq 8 gündür gəminin səfərə çıxmasına icazə verilmədiyi bildirilib.
Şərhlər