Paltarlarda etiketlərin saxta olduğunu necə bilmək olar? (VİDEO)
Ötən gün Çin istehsalı olan paltarlara dünyaca məşhur firmaların etiketlərini vurub satışını həyata keçirən mağazalar şəbəkəsi ifşa olundu. Bu hadisədən sonra paltarlara yapışdırılan etiketlərin orijinallığı məsələsi gündəmə gəlib. Bəs saxta etiketi orijinalından necə fərqləndirmək olar?
Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, bir çox müştəri paltarların üzərindəki etiketlərin orijinal olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Xüsusilə də brend firmalara məxsus etiketlərin peşəkarlıqla sex mallarının üzərinə tikilərək satışa çıxarılması müştəriləri çaş-baş salır. Nəticədə aldadılan müştəri xeyli miqdarda ziyana düşür.
Tekstil üzrə mütəxəssis Anar Quliyev deyib ki, saxta etiketi orijinalından fərqləndirməyin bir neçə yolu var.
Mütəxəssis bildirib ki, paltarın üzərində həm malı istehsal edən ölkənin, həm də markanın etiketləri ayrı-ayrı olmalıdır ki, bu da məhsulun orijinalını saxtasından ayırmağa kömək edir.
Anar Quliyevin sözlərinə görə, əslində müştəri özü də seçdiyi brend haqqında məlumatlı olmalıdır. Ən azından həmin brendin internet səhifəsinə daxil olmaqla onun orijinal modelləri ilə tanış ola bilər.
Bütün bunlarla yanaşı, geyim alarkən etiketin dəyişdirilməsi və ya saxtlaşdırılması ilə bağlı şüphə yaranarsa, vətəndaşlar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər