Pandemiya təhsilin özü üçün də ciddi bir sınaq idi - Deputat

Pandemiya təhsilin özü üçün də ciddi bir sınaq idi - Deputat

"Ümumiyyətlə, bu pandemiya dövrü təhsilin özü üçün də ciddi bir sınaq idi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul prosesi yüksək səviyyədə həyata keçirilib:

"Hazırlıq, obyektivlik yüksək səviyyədə idi.  Dövlət İmtahan Mərkəzi, eləcə də Təhsil Nazirliyi bütün çətinliklərə, pandemiyaya baxmayaraq, prosesin öhdəsindən gəlməyə çalışdılar. Hesab edirəm ki, bu fəaliyyət yüksək səviyyədə qurulub. Ciddi narahatlıqlar vardı. Xüsusi ilə də pandemiya ilə bağlı çox valideyn narahat idi. Necə olacaq, hansı formada olacaq deyə suallar yaranırdı. Ancaq bütün çətinliklərə baxmayaraq, Dövlət İmtahan Mərkəzi öz işinin öhdəsindən gəlməyə çalışdı”.
 
 

Deputat bildirib ki, qarşıya qoyulan hədəf və naliyyətlərə çatılıb:

"Gənclər imtahanları uğurla verməyi bacardılar. Ümumiyyətlə, bu pandemiya dövrü təhsilin özü üçün də ciddi bir sınaq idi. Çox çətinliklər yaşanırdı. Amma aidiyyatı qurumlar vəzifələrinin öhdəsindən layiqincə gəldilər, proses tam həllini tapdı”.

Ceyhun Məmmədov ali məktəbə daxil olan bütün tələbələri, onların övladlarını təbrik edib. 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR