Ekonomiks 12:48 24.05.2020

Pandemiya zamanı ən çox qazanan milyarderlər

"Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb.

Qaynarinfo xəbər verir ki, bu dövrdə ən çox gəliri Mark Zukerberq əldə edib. "Facebook”un yaradıcısının var-dövləti 31,4 milyard dollar artaraq 86,5 milyard dollara çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb.

İkinci pillədə dünyanın ən varlı adamı Ceff Bezos qərarlaşıb. "Amazon” şirkətinin rəhbəri pandemiya dövründə 29,9 milyard qazanıb. Onun sərvəti 146,9 milyard dollara çatıb.

Dünyanın ən varlı 25 adamı 23 martdan 22 maya qədər 255 milyard dollar qazanıb. Onların cəmi sərvəti 1,5 trilyon dollara çatıb.