Xəbər lenti

Pandemiyadan sonra işini itirəcək peşə sahibləri... - Mütəxəssis araşdırması
Ekonomiks 20:43 05.04.2020

Pandemiyadan sonra işini itirəcək peşə sahibləri... - Mütəxəssis araşdırması

Mütərəqqi Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasının sonunda hansı peşələrin risk altında olacağını öyrənmək üçün araşdırma aparıb. 

Qaynarinfo xəbər verir ki, araşdırmaya görə, ilk növbədə bu, turizm, moda, fitnes və stasionar iaşə sahələrində çalışanlara təsir göstərə bilər.

Zərbə altına düşən ilk peşə sahibləri turizm agentləri və bələdçilərdir. Onların şirkətləri artıq dünyada hərəkət məhdudiyyətləri səbəbindən öz fəaliyyətini dayandırıblar.

Bir sıra aviaşirkətlər də iflas həddinə çatdığına görə bir çox peşəkar mütəxəssislər yeni iş axtaracaq və hər sahədə rəqabət səviyyəsi artacaq.

Bir çox fitnes müəllimi də yeni iş axtarmalı olacaq. Fitnes mərkəzləri məhdudiyyətlər üzündən ciddi şəkildə əziyyət çəkəcək, yenidən müştəriləri cəlb etməli olacaqlar. Bu sahədəki gənc mütəxəssislər buna görə rəqabətsiz olacaqlar.

Hökumətlər tərəfindən tətbiq olunan tədbirlər bir çox sənaye sahələrində avtomatlaşdırmaya səbəb olacaq. Onlayn xidmətlər inkişaf etdiriləcək. 
Təhlilçilər, hüquq məsləhətçiləri, bank menecerləri, əczaçılar kimi ixtisaslaşmış şöbələrin nümayəndələri risk altına düşə bilərlər.

Bundan əlavə, elektron formalara keçid səbəbiylə dəyişikliklər çap işçilərinə də təsir göstərəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->