Xəbər lenti

Papa Bərzaniyə təşəkkür etdi
Dünya 13:33 13.01.2018

Papa Bərzaniyə təşəkkür etdi

Vatikandakı Apostolik sarayında İraq Kürdüstan Regional Hökumətinin baş naziri Nəçirvan Bərzani ilə katoliklərin lideri Papa Fransis arasında ikitərəfli görüş baş tutub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani hökumətindən verilən açıqlamada bağlı qapılar arxasında keçirilən görüş zamanı İraqdakı xristianların vəziyyəti, terror hadisələri səbəbindən evlərindən didərgin düşənlərin geri dönməsi, həmçinin Ərbil və Bağdad arasındakı problemlərin müzakirə olunduğu bildirilib.

Papa İŞİD hücumları zamanı evlərini tərk edib getmək məcburiyyətində qalanlar, xüsusilə xristianlara qapılarını açdığı üçün Bərzaniyə təşəkkür edib, İdlib və Bağdad arasındakı bütün problemlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Açıqlamada həmçinin bildirilir ki, İKRH-nin lideri Bərzani Kürdüstan məsələsi ilə bağlı problemlərin həll edilməsi istiqamətində papanın vasitəçi olmasını istəyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->