Türkiyə Parlamentinə (TBMM) Hülya Avşar kimi məşhurların çəkildiyi yataq reklamları ilə bağlı şikayət ərizəsi daxil olub.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, şikayət məktubu Ankarada yaşayan vətəndaşlarıdan biri tərəfindən göndərilib. O, müraciətində televiziya kanallarında yayımlanan və Hülya Avşar kimi məşhurların çəkildiyi yataq reklamlarının ailə ədəbinə uyğun çəkilməsini istədiyini qedy edib.
Parlamentin Ərizə Komissiyasının sədri Mihrimah Belma Satır və komissiya üzvləri ərizəni incələdikdən sonra şikayətin parlamentdən öncə lazımi orqanlara göndərilməli olduğunu bildirilib və bununla bağlı hər hansısa bir sənəd olmadığından, müraciət əsassız hesab edilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər