Paşinyanın iqamətgahı qarşısında aksiya keçirilir (VİDEO)
Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət bağı qarşısında etiraz aksiyası keçirilir.
Qaynarinfo xəbər verir ki, aksiya müxalif "Vətənin xilası hərəkatı"nın nümayəndələri və tərəfdarları tərəfindən təşkil olunub.
Məlumata görə, aksiya iştirakçıları Paşinyanın Sünik (Zəngəzur-red) bölgəsinə səfərinə etiraz olaraq hökumət bağı qarşısında toplaşıblar.
Əraziyə polis qüvvələri cəlb olunub.
Xatırladaq ki, bu gün Sünik vilayətinin Mehri və Qacaran şəhərlərinin sakinləri Paşinyanın səfərinə etiraz olaraq küçələrə axışıblar. Baş nazir etirazlar səbəbindən Mehriyə səfərini yarımçıq dayandırıb. (azvision.az)
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər