Xəbər lenti

Paşinyanın KTMT təklifinin pərdəarxası: Ermənistanın məqsədi nədir?
Siyasət 19:00 29.07.2021

Paşinyanın KTMT təklifinin pərdəarxası: Ermənistanın məqsədi nədir?

"İrəvan daha çox maraqlıdır ki, Azərbaycan Rusiya ilə qarşı-qarşıya gəlsin, bu dövlətlər arasında ziddiyyətlər dərinləşsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın hökumətin iclasında səsləndirdiyi Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsi və Rusiya sərhəd məntəqələrini yaratmaq təklifinə münasibət bildirərkən deyib. 

Ermənistan sərhədlərini, əslində, demək olar Rusiya qoruyur. Bununla bağlı iki ölkə arasında müqavilə var. Ermənistan Azərbaycanla Rusiya arasında ziddiyyətlərin olması və onun dərinləşməsində maraqlıdır. Özü isə sərhədlərin təhlükəsizliyini təmin edərək, Qərbə doğru siyasətini bir qədər sabit və təhlükəsizlik şəraitində həyata keçirə bilmək istəyir. Bir çox məntəqələrdə buna cəhdlər var. Düşmən ölkənin Qarabağ ərazisi və Ermənistan Azərbaycan sərhədi boyunca belə istəkləri vardır”.
 
 

Paşinyanın sözügedən təklifi, həmsöhbətimizə görə, Azərbaycan üçün əlverişli deyil: 

"Amma Ermənistanın bu istəyinə qarışa da bilmərik. Kimin öz sərhədini necə qorumaq istədiyi öz işidir. Öz tərəfində Ermənistan istənilən formada addım ata bilər”. 

Ona görə də politoloq bildirir ki, bu təklif Azərbaycanla razılaşma əsasında olacaqsa, Bakı buna heç bir halda razılıq verməməlidir:
"Moskva Azərbaycanı da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görmək istəyir. Rus mətbuatı və siyasətçilərinin fikirlərində bu, açıq şəkildə sezilir. Artıq Ermənistan da Azərbaycanın KTMT-yə üzv olmasında maraqlıdır. İrəvan bununla Bakının Qərbə yönəlik hər hansı bir aktiv siyasətini önləmək istəyir. Çünki Rusiyanın gələcəyi yoxdur, postputin dönəmində bu ölkə böyük təlatümlər yaşayacaq. Belədə İrəvan Azərbaycanı bir sıra məqamlarda Rusiyaya bağlamaq, digər hallarda isə onları qarşı-qarşıya qoymaq istəyir”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->