Paytaxt derbisində

Paytaxt derbisində "Neftçi" qələbə qazandı (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, turun son oyununda "Neftçi" "Keşlə"ni qəbul edib. "Bakcell arena"da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 11-ci dəqiqədə açılıb. "Ağ-qaralar"ın heyətində Baqali Dabo adını tabloya yazdırıb. 17-ci dəqiqədə "Neftçi" ikinci topu rəqibin qapısından keçirib. 

Bu dəfə Mamadu Mbodj fərqlənib. İkinci hissəyə daha fəal başlayan "Keşlə" futbolçuları 53-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Sezar Meza Kolli penaltidən fərqi minimuma endirib. Ancaq qonaqların qol sevinci cəmi 5 dəqiqə çəkib. 58-ci dəqiqədə Stiven Jozef-Monroz dəqiq zərbə ilə komandasının 3-cü qolunu vurub.

Bu, Füzuli Məmmədovun "Neftçi"min baş məşqçisi kimi ilk qalibiyyəti, "Keşlə"nin isə qış fasiləsindən sonra ardıcıl ikinci məğlubiyyəti olub. Bu qələbədən sonra xallarını 30-a çatdıran "Neftçi" 2-ci pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 26 xalla 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Səbail" doğma meydanda "Qəbələ"yə qalib gəlib - 3:1. İlk oyun günündə is "Qarabağ" səfərdə "Zirə"ni 6:0, "Sabah" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR