Xəbər lenti

Paytaxtın mərkəzində yarmarkanın ətrafı zibilxanaya çevrilib (VİDEO)
Video 22:36 12.11.2017

Paytaxtın mərkəzində yarmarkanın ətrafı zibilxanaya çevrilib (VİDEO)

Paytaxtın Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, kənd təsərrüfatı yarmarkası və onun kənarında ərzaq məhsullarının satıldıqı yerlər zibilxanaya çevrilib. Buna səbəb ərazidə satış həyata keçirən şəxslərin tullantıları yerə atmasıdır.

"Qaynarinfo"nun "Xəzər TV"yə istinadən məlumatına görə, yerdə o qədər tullantı var ki, zibilxananı xatırladır.

Təmizlənən balıqların içalatı, çürümüş meyvə-tərəvəz və digər tullantılar yerə tökülür. Xüsusilə yarmarkanın kənarında balıq və toyuğun içalatı təmizlənərək yerə tökülür ki, bu da ərazidə antisanitar vəziyyət yaradır.

Yarmarkanın içində satış edənlər də zibili atmağa yer tapmırlar.

Bu xoşagəlməz mənzərə ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, təşkilatçı şirkət ərazidə təmir işi apardığından piştaxtalar və zibil qabları yığışdırılıb. Növbəti həftə bu əraziyə zibil qabları qoyulacaq.

Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov isə bildirib ki, sözügedən problemdən xəbərdardılar və günün sonunda əraziyə həm texnika, həm də təmzlik işçiləri cəlb ediləcək. Beləliklə, küçədəki natəmizlik aradan qaldırılaraq dizinfeksiya ediləcək. Eyni zamanda nəzarət də gücləndiriləcək.


Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->