Ölkə 19:03 14.08.2019

Pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək (FƏRMAN)

Azərbaycanda pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərman imzalayıb.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən indeksləşdiriləcək.