Xəbər lenti

Pentaqon 3,8 milyardını Trampın divarı üçün ayırmağa məcbur oldu
Dünya 16:53 14.02.2020

Pentaqon 3,8 milyardını Trampın divarı üçün ayırmağa məcbur oldu

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) büdcəsindən 3,8 milyard dolları Ağ Ev rəhbəri Donald Trampın Meksika sərhədində inşa etdirdiyi divarın tikintisinə yönləndirəcək.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonun yayımladığı məlumatda bu pul F-35 proqramı da daxil olmaqla müxtəlif növ silahların inkişaf etdirilməsi üçün nəzərdə tutulan büdcədən götürüləcək.

Sözügedən addımın öllkənin daha böyük prioritetlərini dəstəkləmək və Daxili Təhlükəsizlik Nazlirliyinin narkotik qaçaqmalçılığı ilə mübarizəsinə dəstək vermək məqsədilə atıldığı bildirilib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının ötən ilin əvvəlində qəbul etdiyi müvəqqəti büdcə layihəsində Meksika ilə sərhəddə inşa ediləcək divarın tikintisinə 5,6 milyard dollar ayrılmışdı. Lakin Senat bu miqdarı qəbul etmədiyindən Trampla Konqres arasında böhran yaşanmışdı. Tramp müvəqqəti büdcə layihəsini Meksika divarı üçün maliyyə ayrılmaması səbəbindən imzalamayacağını açıqlamışdı. Demokratlar geri addım atmadıqları üçün isə federal hökumət qismən fəaliyyətini dayandırmışdı.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->