"Pepsi" bu ölkəni tərk edir

"Pepsi" şirkəti İndoneziyanı tərk edəcək.

Qaynarinfo xəbər verir ki, "Pepsi" məhsullarını ölkəyə idxal edən "ICBP" şirkəti yeni müqavilə imzalamayacaq. Buna səbəb ölkədə qazlı-şəkərli içkilərin istehlakının azalmasıdır. 

İndoneziyada şəkərli içkilərin istehlakı hər il 1-2% azalır. 

Mütəxəssislər bildirir ki, qazlı-şəkərli içkilərdən istifadə qastrit, şəkərli diabet, piylənməyə gətirib çıxarır, həmçinin ginekoloji, uroloji, kardioloji xəstəliklərə səbəb olur.

Gülşən

 
XƏBƏRLƏR
BLOGLAR