Pərvin Abıyeva:

Pərvin Abıyeva: "O polis dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb"

Murad mənimlə sevgili oldugu üçün işdən cıxarılmayıb. 

Qaynarinfo xəbər verir ki, bu sözləri tanınmış aktrisa Pərvin Abıyeva sevgili olduğu deyilən Murad Abdullayev haqda danışarkən azxeber.com-a deyib.

O bildirib ki, Murad onunla sevgili olduğu üçün işdən çıxarılmayıb:
 
"Neçə gündür gözləyirəm ki, ara sakitlləşsin, söhbət bir az soyusun. Amma görürəm mən danışmasam olmur. Əvvəla Murad mənimlə sevgili oldugu üçün işdən cıxarılmayıb. Dəbdəbəli ad günü keçirdiyi üçün işdən çıxarılıb". 

Pərvin deyib ki, həmin məclisdə xeyli adam iştirak edib:
 
"50 nəfərlik məclis idi və həmin məclisdə hər sahədən insanlar var idi: Polisindən tutmuş modelinə kimi. Tanınmış simalar da çox idi. Normal olaraq insanlar doğum günü məclisinə yığışıb və özəl günü öz səhifələrində paylaşırlar. Mən isə heç bir şey paylaşmamışdım. Burada nə məni, nə də səhifəsində paylaşan insanları günahlandırmaq olar. Hər kəsin əqli, şüuru var. Kiminsə də belə bir şey olacağı aglına gəlməzdi. Qismət belə imiş, oldu da. Nə ailə dağıtmışam, nə də körpə uşağı atasız qoymuşam!" 

Pərvin bu məsələdə günahsız olduğunu deyib:
 
"Kaş belə olmazdı, ama oldu. Mən özümdə zərrə qədər günah görmürəm. Hər qoyunu öz ayağından asarlar. Onu da deyim ki, sevgiyə görə nəinki işdən çıxmağa, ölməyə də dəyər (gülür)”.
XƏBƏRLƏR
BLOGLAR