"Gecə ilan, kərtənkələnin içində yatırdıq. Qara yekə hörümçəklər gəzirdi. Çox ac qalırsan. Axıra qədər acsan. Ancaq su var, çaya həsrət idik. Bir dəfə mükafat var idi, pul udduq. Mən kabab aldım".
Qaynarinfo xəbər verir ki, bu sözləri kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev deyib. "7 canlı" proqramında deyib. "Survivor" yarışmasına qatılan idmançı orada yaşadıqlarından söz açıb:
"Gördüyünüzün 10-20 dəfə ağırın yaşadıq. Dünyanın ən çətin yarışması idi. Mənim kimi güclü insan ikinci həftənin sonunda dedim ki, sənin nə işin var idi burda?".
Şərhlər