Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlandı

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlandı

Avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, nəticələrə əsasən, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
XƏBƏRLƏR
BLOGLAR