Dünya 14:24 16.07.2020

Peskov: Kreml Liviyada vuruşan ruslardan xəbərsizdir

Kremlin Liviyada rusların mütəşəkkil dəstələr şəklində vuruşduğundan xəbərsizdir.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deiyb. O, xüsusilə vurğulayıb ki, Rusiya bu ölkədə gedən hərbi əməliyyatlara qarışmır.

"Rusiya ordusu heç bir şəkildə Liviyadakı əməliyyatlara qarışmır", - Peskov deyib.

Xüsusi "Vaqner" hərbi qrupunun Liviyadakı fəaliyyəti ilə bağlı ayrıca bir suala da Peskov belə cavab verib: "Kremlin bu barədə məlumatı yoxdur”.
 
Alpər