Rəsmi Kremlin sözçüsü Dmitri Peskov Suriyada Rusiya və Türkiyə arasında qarşıdurma ehtimalı barədə suala münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Türkiyənin Fərat çayının şərqində başladığı "Barış Pınarı" anti-terror hərəkatının davam etdiyi bir dövrdə türk və rus əsgərlərinin üz-üzə gələcəyi qarşıdurmanın mümkünlüyü ilə bağlı suala D.Peskov belə cavab verib:
"Bu ehtimalı düşünmək belə istəmirəm. Əlavə bir şey deyə bilmərəm, əsgərlərimiz belə bir halın baş verməməsi üçün qarşılıqlı əlaqədədir".
Gülşən
Şərhlər