Futbol üzrə Azərbaycan çempionatında üç oyun təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, Peşəkar Futbol Liqasının belə qərar qəbul etməsinə Azərbaycan ərazisində mövcud olan qarlı hava şəraiti səbəb olub.
Bununla əlaqədar olaraq I divizionun üç matçı qeyri-müəyyən müddətə təxirə düşüb. Stadionlardakı son durum təftiş olunub və bu gün keçirilməli olan "Sabah-2” - "Keşlə-2”, "Neftçi-2” - "Sumqayıt-2” və MOİK - "Kəpəz” oyunları təxirə salınıb. Görüşlərin vaxtı sonradan müəyyənləşdiriləcək.
Turun "Turan Tovuz” - "Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14:00-da başlayacaq.
Şərhlər