Azərbaycanın futbol üzrə Premyer Liqasını idarə edən hakimlərə qarşı yeni sanksiya tətbiq edilə bilər.
Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çərşənbə axşamı Trend-ə bildirib ki, o, Premyer Liqanın oyunlarını idarə edən hakimlərin aşağı bal alacaqları təqdirdə qonorardan məhrum edilmələrini təklif edir: "Hər bir hakimə idarə etdiyi oyunun nəticəsinə görə qiymət verilir. Təklif irəli sürəcəyəm ki, 7-6 baldan aşağı qiymət alan hakimlər oyuna görə qonorar almamalıdırlar".
Musayev Premyer Liqanın 2013/2014 mövsümü üçün hakim səhvlərini də şərh edib: "Bizim xeyli gənc, perspektivli hakimlərimiz var. Ola bilər ki, onlar səhvə yol veriblər. Lakin əsas odur ki, qərəz olmasın. Qərəz yoxdursa, hakim səhvlərini bağışlamaq olar".
Qaynar.info
Şərhlər