Rusiyanın Sankt-Peterburq şəhər polisi azərbaycanlılara məxsus gizli sexi aşkarlayıblar.
Lent.az-ın yerli KİV-ə istindən məlumata görə, sexdə saxta alkoqol istehsal edilirmiş.
İlkin araşdırma zamanı məlum olub ki, sexdə sutka ərzində 500 litrə yaxın müxtəlif alkoqollu içkilər realizə edilib satışa çıxarılırmış.
Polisə ifadə verən 37 yaşlı azərbaycanlı bildirib ki, sexdə araq, viski, brendi kimi alkoqollu içkiləri bağlayıb sonra xüsusi mağazalara verirmişlər. O, Peterburqa Azərbaycandan gəldiyini, başqa iş bacarmadığını da bildirib. Rus dilini pis bilən bu şəxs onu bildirib ki, əvvəl çəndə spirtlə suyu qarışdırır, sonra xüsusi şlabqla şüşələrə doldururmuş. Bundan sonra rəngli printerdən hazırlanmış etiketləri şüşələrə yapışdırırmış. O, törətdiyi əməldən utanmadığını xüsusi vurğulayıb: "Niyə utanım ki, bu mənim işimdir”, - deyə o qeyd edib.
Şərhlər